"Rusiyanın İrana peyk sistemini verməsi informasiyası saxta xəbərdir".
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin NBC televiziyasına müsahibəsində deyib.
“Mən bunun haqqında heç nə bilmirəm. Bunun haqqında danışanlar böyük ehtimalla daha çox şey bilirlər. Bu cəfəngiyyatdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Rusiyanın İrana “Kanopus-B” peyk sistemlərini verəcəyini və bunun sayəsində Tehranın Yaxın Şərqdə potensial hədəfləri izləyə biləcəyini yazmışdı.