Zelenskinin Baydenlə görüşünün vaxtı açıqlandı

Zelenskinin Baydenlə görüşünün vaxtı açıqlandı backend

Ukraynanın prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və Amerika lideri Co Baydenlə görüşü iyulun sonlarına planlaşdırılıb.

Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Ukrayna - 24” kanalının efirində deyib.

Onun sözlərinə görə, səfər zamanı Baydenlə danışıqların aparılması və bir sıra digər vacib görüşlərin keçirilməsi planlaşdırılır: “Artıq hazırlığa başlamışıq, proqramın əsas elementləri üzərində işləyirik”.

Qeyd edək ki, bundan əvvəl Cozef Baydenlə Vladimir Zelenski arasında telefon danışığı olub. Ağ ev rəhbəri ukraynalı həmkarını yayda Vaşinqtona dəvət edib.

Report.az

Diaspora