Köçəryan Paşinyanı təhqir etdi: Debilizmdir!

Köçəryan Paşinyanı təhqir etdi:  Debilizmdir! backend

Paşinyanın oğlunu əsirlərə dəyişmək ideyası “primitiv debilizmdir”.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Mən hökumət başçısının heç nə etməyib, əsirlərin 2 ay da əsirlikdə qala biləcəyini söyləməsini mənəviyyatsızlıq sayıram. Nəyisə verəcəyini deyir. Biz orta əsrlərdə yaşamırıq. Hər kəs əhalinin müəyyən hissəsi üçün olan ucuz populist fəndləri başa düşür”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın eks-prezidenti Nikol Paşinyana oğlunu girov verərək, əvəzində heç olmasa 20-25 “erməni əsiri” Bakıdan geri almasını təklif etmişdi. Bu təklifə cavab olaraq N.Paşinyan bəyan etmişdi ki, bütün əsirlər müqabilində oğlunu verməyə hazırdır, vasitəçi olaraq isə Serjik və Robikə (Serj Sərkisyan və Robert Köçəryanı) səlahiyyət verir. N.Paşinyan onlara səlahiyyət verməsinin səbəbi kimi bu şəxslərin sutenyorluğu və qadın alverini yaxşı bacardıqlarını göstərmişdi.