Zaxarova Qarabağda minalanmış ərazilərlə bağlı: "Təmizlənmə çox təhlükəlidir"

Zaxarova Qarabağda minalanmış ərazilərlə bağlı:  "Təmizlənmə çox təhlükəlidir" backend

"Rusiya Dağlıq Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənəcəyinə ümid edir".

Qazilər.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Tərəfləri ərazilərin minalardan təmizlənməsi məsələlərinin, o cümlədən minalanmış sahələr barədə məlumat mübadiləsinin həllinə çağırırıq. Ümid edirik ki, bu proses sürətlənəcək”, - M.Zaxarova deyib.

“Minalardan təmizlənmə problemi çox təhlükəlidir. Rusiya Dağlıq Qarabağ və bitişik ərazilərdə münaqişədən sonrakı dövrdə minalardan təmizlənmə prosesinə əhəmiyyətli qatqı təmin edir. Rusiya sülhməramlı kontingentinin səyləri nəticəsində 26 minə yaxın partlayıcı element aşkarlanıb və 2 min hektardan çox ərazi təmizlənib. Oxşar tədbirlər Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır”, - Rusiya XİN rəsmisi əlavə edib.

Diaspora