"24 saat verirəm, Nikolun ailəsindən elə şeylər yayacam ki..." - Sərkisyan

"24 saat verirəm, Nikolun ailəsindən elə şeylər yayacam ki..." -  Sərkisyan backend

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ordudan oğurladığı pulları Monte-Karloda kazinoda uduzması ilə bağlı Nikol Paşinyanın səsləndirdiyi iddialara cavab verib.

Axar.az xəbər verir ki, Sərkisyan kazino oyunçusu olması ilə bağlı iddiaların hələ prezident olduğu dövrdə səsləndirildiyini deyib:

“Mən onda cavab vermədim, çünki prezident idim. Təhlükəsizlik Xidməti mənə tabe idi, onlar deyə bilərdilər ki, biz məlumat gizlədirik və s. Amma Paşinyan çox uzağa getdi. Sizin qarşınızda bəyan edirəm: 24 saat vaxt verirəm. O, ya faktları təqdim etməlidir, ya da mən onun, ailəsinin haqqında elə faktlar yayacam ki, ictimaiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə, onunla məşğul olacam”.

Sərkisyan bildirib ki, son 15 ildə Monakoda olmayıb və bunu yoxlamaq asandır:

“Baden-Baden haqda da cəfəngiyat danışırdılar. Bura böyük muzeydir, nəinki kazino. Mənim dostlarımdan başqa yüzlərlə insan bilir ki, mən həmişə kazinonun yerləşdiyi küçədən keçmişəm”.

Qeyd edək ki, bir müddət öncə Serj Sərkisyan Paşinyanın yerinə olsa, müharibəni uduzduğuna görə özünü güllələyəcəyini demişdi. Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan isə Serj Sərkisyana cavabında ordudan oğurladığı və Monte-Karlodakı kazinoda uduzduğu milyonlarla pula görə özünü niyə güllələmədiyini soruşmuşdu.

Diaspora