HAMAS-dan İranla bağlı şok açıqlama: Onlara məcbur qaldıq

HAMAS-dan İranla bağlı şok açıqlama:  Onlara məcbur qaldıq backend

Fələstin İslami Müqavimət Hərəkatının (HAMAS) liderlərindən olan Xalid Meşal İranın onlara dəstək verməsiylə bağlı diqqətçəkən açıqlamalar verib.

Qazilər.az bildirir ki, o, “Clube House”da iştirak etdiyi canlı yayımda verilən sualları cavablandırıb.

Suallar arasında HAMAS-ın İranla əlaqəsi, Ərəb Baharı və Suriya məsələsi kimi məsələlər də yer alıb.

Suriya məsələsində Meşal bunları söyləyib: “Suriyada hər kəsi məmnun edəcək bir həll istəyirik. Bizə nə qədər yaxın olsa da, xalqına qarşı olan hökumətin heç vaxt yanında olmarıq. Hətta sionistlərə qarşı bizi dəstəkləyən bir hakimiyyət olsa belə bu heç bir şeyi dəyişməz. Heç kimə bizdən xalqa qarşı istifadə etməsinə imkan vermərik. Bölgədəki heç bir gərginliyin səbəbkarı deyilik. Kim bizi dəstəkləyərsə, ona təşəkkür edirik. Avropanın xristian bir dövləti də bizə kömək edərsə, ona da təşəkkür edərik. Bunlar bizim prinsiplərimizdir. Kimsənin əlinin altında, rəhbərliyinin bir kənarında olmağı qəbul etmirik. Həddini aşan bəzi ifadələr işlətsək də, siz onlara fikir verməyin, əsas mövqeyimizə baxın”.

İrana məcbur qaldıq...

Xalid Meşal İranın onlara təzyiq etmədiyini, olsa belə bu təzyiqlərə görə HAMAS-ın öz prinsiplərindən əl çəkməyəcəklərini vurğulayıb: “Şəriət və siyasi maraqları güdməyə çalışırıq. Qarşımızda sionistlər kimi çox güclü düşmənlərimiz olduğu müddətdə bəzi hesablar aparmalıyıq. Bir ərəb xarici işlər naziri mənə dedi ki, İran yardım cəmiyyəti deyil və sizə verdikləri yardımın haqqı var, bunu bilirsən, elə deyilmi?!. Əlbəttə, İran qarşılıq alır, bunun fərqindəyik. Bu da onun sünni olan HAMAS-a yardım etməklə İslam aləmində nüfuz qazanmaq istəyidir. Həmin ərəb nazirə dedim ki, o zaman bizə siz kömək edin, siz öz imicinizi düzəldin.

Başqa bir ərəb məmur da mənə “İran Fələstin davasından istifadə edir” dedi. Bəli, dedim, o zaman bizə kömək edin və Fələstin məsələsini öz maraqlarınız üçün istifadə edin. Odur ki, bizə kömək etməyənlər bizi İrana məcbur qoydular.

Bəzi ifadələrdə həddimi aşdığımı bilirəm” – deyən Meşal sonda fikrini bu cümləylə yekunlaşdırıb.

Firuzə Alimova / Qazilər.az

Diaspora