Bayden Zelenskini ABŞ-a dəvət edib

Bayden Zelenskini ABŞ-a dəvət edib backend

ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O, qeyd edib ki, Ağ Ev rəhbəri ukraynalı həmkarını yayda Vaşinqtona dəvət edib.

Bayden Zelenski ilə söhbətində Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Sallivanın sözlərinə görə, Bayden Zelenskini iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə keçiriləcək görüşündə Ukraynanın maraqlarını müdafiə edəcəyinə əmin edib. "Prezident Bayden prezident Zelenskiyə dedi ki, o Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü, həmçinin onun gələcək səylərini mətanətlə müdafiə edəcək. O, həmçinin prezident Zelenskiyə bildirdi ki, bu yay Avropadan qayıtdıqdan sonra Ağ Evdə onu qəbul etmək imkanını səbirsizliklə gözləyir", - Sallivan deyib.

Diaspora