Erməni millət vəkillərindən növbəti rüsvayçılıq: Parlament boş qaldı

Erməni millət vəkillərindən növbəti rüsvayçılıq:  Parlament boş qaldı backend

Ermənistan parlamentində 2020-ci il büdcəsinin yerinə yetirilməsi dair hesabat boş zalda dinlənilir.  

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Belə ki, ölkə parlamentində bu cür mühüm bir hesabatın dinlənməsinə demək olar ki, bir sıra komitələrin sədrləri istisna olmaqla heç kim gəlməyib.

Sözügedən fakt Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Erməni parlamentarilərin öz işlərinə dırnaqarası yanaşması qəzəb doğurub.

Parlament zalının bu cür mühüm dinləmə zamanı boş qalması hazırda ölkədə seçkiqabağı təşviqat kampaniyasının başlanması ilə əlaqələndirilib. Lakin istənilən halda, hazırda mandat sahibi millət vəkillərinin xalqın taleyinə və maraqlarına laqeyd və etinasız yanaşmasını, deputatların xalqın mənafeyini deyil, özlərini düşündüyünü sübuta yetirib.

Oxu.az

Diaspora