“Şuşanın müdafiəsinə gedən hərbi birlik...” - Paşinyandan açıqlama

“Şuşanın müdafiəsinə gedən hərbi birlik...” -  Paşinyandan açıqlama backend

“Ermənistan Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi Onik Qasparyan məhkəmədə cavab verməli olacaq”.

Qazilər.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Onik Qasparyan cavab verəcək, mənə yox, məhkəmədə. Şuşanın müdafiəsinə gedən birlik 1-2 gün gecikdi. İndi təəccüblənə bilərsiniz ki, niyə onu ora təyin etdim?! Gedib xarici ölkədən bir general gətirə bilməzdim, buna görə.

Yeri gəlmişkən, bundan əvvəl məsləhətləşdiyim yerlərdə mənə bildirildi ki, bu şəraitdə Baş Qərargahı idarə edə biləcək iki nəfər var. Mən bu iki nəfəri təyin etdim, onları havadan götürmədim”, - Paşinyan bildirib.

Teleqraf.com

Diaspora