“Ermənistan hələ 1998-ci ildə müharibəni uduzmuşdu...” - Paşinyan

“Ermənistan hələ 1998-ci ildə müharibəni uduzmuşdu...” -  Paşinyan backend

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yenidən Qarabağ münaqişəsinin tarixinə toxunaraq, separatçı qurumun beynəlxalq səviyyədə tanınması şansının 1998-ci ildə əbədi itirildiyini qeyd edib.

Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, bu barədə Paşinyan bu gün vətəndaşlarla görüşündə danışıb.

“1996-cı ildə ATƏT-in Lissabon zirvəsi keçirildi və burada Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin lazım olduğu qeyd edilən layihə dövriyyəyə buraxıldı. Ermənistan veto hüququndan istifadə etdi və sənəd qəbul olunmadı. Bu layihə ATƏT rəhbərinin bəyanatına çevrildi. Bununla belə, Qarabağ danışıqlarda tam hüquqlu müstəqil tərəf kimi iştirak etməyə davam edirdi. 1997-ci ildə Robert Koçaryan Ermənistanın baş naziri, 1998-ci ildə prezident oldu. Baş verən ilk şey Dağlıq Qarabağın danışıqlar prosesini tərk etməsidir.

Bu, Qarabağ məsələsinin danışıqlar prosesi üçün qoyulmuş ən böyük minadır. Son üçtərəfli görüş 1997-ci ilin aprelində Moskvada keçirildi. Əslində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi paytaxtında Dağlıq Qarabağ təmsilçisinin də olduğu nümayəndə heyətini qəbul edir. Bu, Qarabağın beynəlxalq səviyyədə tanınması ehtimalının təməl daşı idi. Koçaryan seçildikdən sonra belə görüş olmadı”, - deyən Paşinyan Ermənistanın hələ 1998-ci ildə müharibəni uduzduğunu söyləyib.
 

Diaspora