Hazır olmalıyıq: Köçəryan çevriliş edir, hakimiyyətə gəlir…

Hazır olmalıyıq:  Köçəryan çevriliş edir, hakimiyyətə gəlir… backend

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləridir - bölgəmizin gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri üçün vacib siyasi hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərqli qeyd edib. O bildirib ki, Rusiya və Ermənistan informasiya məkanlarından əldə etdiyi xəbərləri analiz etdikdə 3 mümkün ssenari görünür:

1) Seçkilərədə heç bir siyasi partiya və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığa bilmir. Ermənistan prezidenti səsvermə nəticələrinə görə növbə ilə hökumət formalaşdırmağı ilk 3 yeri tutan siyasi quruma həvalə edir, onlar da koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin edilir;

2) Seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır, təkbaşına iqtidar olmaq üçün kiçik partiyalara ehtiyac duyulur, danışıqlarla bir neçə mandat qazanmış siyasi təşkilatları koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır;

3) Seçkidən dərhal sonra Köçəryan və dəstəsi küçələrə çıxır, seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışır, Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlir: daxili hesablaşmalar başlayır, həbslər olur, qarışıqlıq artır.

Natiq Cəfərqli bildirib ki, 3-cü ssenarini daha real sayır:

“Biz də bu ssenariyə hazır olmalıyıq. Paşinyan anlayır ki, Kreml onu çıxdaş etməyi qərarlaşdırıb, istənilən halda bunu etmək istəyəcək, məhz ona görə də seçkidən öncə Fransa və ABŞ-dan dəstək alaraq seçkinin legitimlik “möhürünü” Moskvaya deyil, Qərbə vermək istəyir. Hər bir halda 20 iyun seçkilərindən sonra Ermənistan çalxalanacaq, qeyri-sabitlik bir müddət davam edəcək, həmin dövrdə sərhəddə və Qarabağın hələ də rus-erməni işğalı altında qalan kiçik hissəsində ciddi təxribatlar olacaq. Ciddi hazırlaşmalıyıq, ola bilər ki, seçkilər payıza ertələnsə, sərhəddə və Xankəndi ətrafında təxribatlara güc strukturlarımızın ciddi cavab vermək məcburiyyəti yaransın...”

Diaspora