Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib backend

İyunun 3-də Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyindəki məsələlər əsas müzakirə mövzusu olub.

Tərəflər, həmçinin bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.