Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru və Azərbaycan Respublikasının Baş Prokuroru Gəncəyə səfər edib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Baş Prokuroru Kamran Əliyevlə birlikdə Nizami məqbərəsinə gəlib.
Qonaqlar dahi şairin məzarını ziyarət edib, gül dəstələri qoyublar.
Daha sonra onlar Nizami məqbərəsi ilə tanış olublar.