"Azərbaycanla Ermənistan arasında sülhü bərpa etməyə çalışacağıq" - Makron

"Azərbaycanla Ermənistan arasında sülhü bərpa etməyə çalışacağıq" -  Makron backend

Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.

“TASS” xəbər verir ki, bu barədə Fransa prezidenti Emanuel Makron Ermənistan baş naziri əvəzi Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.

“ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” – deyə, dövlət başçısı qeyd edib.

Tərəflər arasında danışıqların gündəliyində iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə Ermənistana humanitar yardım məsələləri də var.

Diaspora