Ermənistan telekanalı Kərkinin Azərbaycan kəndi olduğunu etiraf etdi - VİDEO

Ermənistan telekanalı Kərkinin Azərbaycan kəndi olduğunu etiraf etdi -  VİDEO backend

Ermənistanın "H1" telekanalı Kərki kəndi ilə bağlı reportaj hazırlayıb.

Qazilər.az xəbər verir ki, reportajda Kərkinin Azərbaycana məxsus olduğu diqqətə çatdırılıb.

Sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olan reportaj yerli mediada tənqidlərə tuş gəlib. Ermənistan KİV-ləri Nikol Paşinyanın komandasına yaxınlığı ilə seçilən "H1" telekanalını Azərbaycana dəstək verməkdə ittiham edib.

"Qarşı tərəfin təbliğat alətinə çevrilən "H1"də maraqlı sujet yayımlanıb. Jurnalist Norayr Şoqikyan Tiqranaşeni (Kərki -red.) Azərbaycan kəndi kimi təqdim edir. O, kəndin əvvəllər Kərki adlandığını söyləyir. Beləliklə, Ermənistan hakimiyyəti və onların koordinasiya etdiyi "H1" cəmiyyəti ərazilərimizin bölünməsi və daha bir biabırçı sənədin imzalanması üçün zəmin hazırlayır", - deyə erməni mediasında bu kimi xəbərlər yer alıb.

Xatırladaq ki, Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxildir. Kənd 1990-cı ildə işğal edilib. Kərki Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir.

Azvision.az