Qənirə Paşayeva türkiyəli aydınlarla görüşüb

Qənirə Paşayeva türkiyəli aydınlarla görüşüb backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türkiyəli aydınlarla görüşüb.

"EkoAvrasiya" (Avrasya Ekonomik İlişkilər Dərnəyi), Türkiyə Mədəniyyət-Turizm Nazirliyi Yurtdışı Türklər və Əqraba Topluluqları Başqanlığı, Azərbaycandan Həsən bəy Zərdabi İrs Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə Könül elçiləri” layihəsi çərçivəsində respublikamıza səfər etmiş qardaş ölkə aydınları ilə görüşüb. Nümayəndə heyətinin başçısı - "EkoAvrasiya" başqanı Hikmət Ərən,  "EkoAvrasiya" İdarə heyətinin üzvləri - Muhammət Sıddık Özkılıc, Kamal Güney, Nazim Koşar və Həsən bəy Zərdabi İrs Mərkəzinin başçısı Seymur Bayramovun iştirak etditi görüşdə, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. iki qardaş ölkə aydınları, mədəniyyətyönümlü layihələrlə çıxış edən vətəndaş cəmiyyəti institutları arasında işbirliyinin inkişaf etdirilməsinin məqsədəuyğunluğu vurğulanıb.

44 günlük Azərbaycan Vətən müharibəsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun əldə etdiyi misilsiz qələbə və bu tarixi prosesdə qardaş Türkiyə dövlətinin və xalqının Azərbaycana əvəzsiz mənəvi, siyasi dəstəyi minnətdarlıqla qeyd olunub.

"44 gün və sonrasında baş verən hadisələr, ulularımızın müdrik "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", "Biz bir millət, iki dövlətik" kəlamlarının özünü bir daha, parlaq şəkildə doğrultmuşdur. Bir daha gördük ki, bizim uğurlarımız bundan sonrakı dönəmdə də məhz birlik-bərabərlik içində olmağımızdan asılıdır. biz bir olunca, böyük uğurlarımızın, tarixi zəfərimizin qarşısını kimsə ala bilmir. Əcdadımızın qardaşlıq, fədakarlıq ruhunu yaşadan, inkkişaf etdirən dövlət böyüklərimizə minnətdarlıq edərkən, yeni nəsillərin, özəlliklə aydınların da üzərində mənəvi məsuliyyət olduğunu unutmuruq. Dövlət böyüklərimizin fəaliyyəti bizlər üçün ən mühüm örnəkdir. 

bir daha xoş gəlmisiz. Səfər proqramınız zəngindir və ümidvaram, ikinci vətəninizdə özünüzü qonaq kimi hiss etməyəcəksiz, azərbaycandan xoş ovqat və zəngin təəssüratla ayrılacaqsız." - Komitə sədri deyib.

Sözünə davam edən Komitə sədri Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının möhkəmlənməsi istiqamətində parlamentarilərin də, ictimai-siyasi və mədəniyyət xadimlərinin sıx işbirliyinin özünəməxsus yerə və rola malik olduğunu deyib: "Azərbaycan və Türkiyə həqiqətlərinin bütün dünyada təbliği, o cümlədən saxta erməni "həqiqətlər"inin ifşa edilməsi üçün əlimizdən gəldiyincə yanınızda olmağa hazırıq".

Heyət başçısı Hikmət Ərən səmimi görüş və fikir mübadiləsi üçün təşəkkür edib, başqanı olduğu qurumun Azərbaycan və Türk dünyası ilə bağlı planlaşdırdğı yeni layihələr haqqında Komitə sədrinə bilgi verib.

Hikmət Ərən qardaş ölkələr arasındakı iqtisadi, sosial və mədəni əlaqələrin güclənməsi xüsusunda gördüyü başarılı işlər və ortaq tariximizə bəxş etdiyi qatqılara görə Qənirə Paşayevaya "EkoAvrasya"nın "Şükran Bəlgəsi"ni təqdim edib. "Şükran Bəlgəsi"ndə "Qardaş Azərbaycanın qəhrəman ordularının Qarabağ zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir daha rəhmətlə anırıq" deyə qeyd olunub.

 

Qənirə Paşayeva "Şükran Bəlgəsi" üçün təşəkkür edərək, tanınmış rəssam Sabir Çopuroğlunun neftlə işlədiyi, Qarabağ motivli rəsm əsərini Komitə adından "EkoAvrasiya" heyətinə bağışlayıb.