Türkiyəli nazir işğaldan azad edilmiş Füzuli rayonuna səfər edib - VİDEO - YENİLƏNİB

Türkiyəli nazir işğaldan azad edilmiş Füzuli rayonuna səfər edib - VİDEO - YENİLƏNİB backend

Türkiyənin nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayiloğlu və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazir Rəşad Nəbiyevin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb.

APA-nın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, nazirlər rayonda yol, nəqliyyat, rabitə və kimi infrastruktur sahələrində görülən işlərlə tanış olublar, türkiyəli nazirə həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verilib.

İki dövlət arasında dostluq və qardaşlığın təməlinin dərin köklərə, ortaq mədəniyyətə söykəndiyini bildirən Adil Karaismailoğlu Türkiyə ilə Azərbaycan arasında rabitə-nəqliyyat sahəsində də əməkdaşlıq aparıldığını xüsusi vurğulayıb.

Nazir bildirib ki, qarşıdakı dövrdə də bu sahədə əməkdaşlıq davam etdiriləcək, bu məqsədlə yeni layihələr hazırlanıb.

Diaspora