Rusiya sülhməramlılarının nümayəndələri Ermənistan-Azərbaycan sərhədinə gəliblər.
Axar.az xəbər verir ki, bu barədə Vardenis rayonunun Kut (Basarkeçər rayonu, Zərkənd kəndi) kəndinin icra nümayəndəsi Sima Çitçyan məlumat verib.
"Təxminən iki saat öncə Rusiya bayrağı altında mövqelərə qalxdılar. Bizimlə danışmadılar, lakin daha sonra yerli sakinlər sülhməramlı olduqlarını söylədilər. Yerli özünüidarə orqanlarının nümayəndələri xəritələrimizlə onları izlədilər", - Çitçyan deyib.
Çitçyan əlavə edib ki, Ermənistan-Azərbaycan sərhədində danışıqlar davam edir. Son iki gündə vəziyyət sakitdir.