Qətər Əmiri Təmim bin Həməd Al Taninin Bakıya rəsmi səfəri zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. QAZİLER.AZ xəbər verir ki, diplomatik mənbədən Trend-ə verilən məlumata görə, səfər avqustun 5-6-na planlaşdırılır.
Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.Danışıqların yekunlarına əsasən təhsil, İKT və digər sahələr üzrə bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.