Moskvanın Paşinyana qarşı “B” planı - milyarder Abramyan seçkini uda bilərmi...

Moskvanın Paşinyana qarşı “B” planı -  milyarder Abramyan seçkini uda bilərmi... backend

Gürcüstanda oliqarx Bdzina İvanişvilini oxşar ssenari ilə hakimiyyət başına gətirən Kreml indi eyni ssenarini Ermənistanda təkrarlayır, Moska Köçəryanla Sərkisyandan əlini üzüb; Qabil Hüseynli Ermənistanda seçki situasiyasını açıqladı

Rusiya Ermənistanda siyasi hakimiyyəti dəyişmək üçün “B” planını işə salıb. Putin administrasiyası Paşinyan hakimiyyətini cəzalandırmaq üçün bu ilin iyununda keçiriləcək seçkidə erməni milyarder Ara Abramyan kartını dövriyyəyə buraxmaqdadır. “Yeni Müsavat”ın xəbərinə görə, Gürcüstanda oliqarx Bdzina İvanişvilini oxşar ssenari ilə hakimiyyət başına gətirən və qərbpərəst Mixail Saakaşvilini gürcü siyasətindən tamamilə uzaqlaşdıra bilən Kreml indi eyni kombinasiyanı Ermənistan seçkilərində həyata keçirməyi hədəfləyib.

Vaxtilə Rusiyadakı müəyyən dairələr Azərbaycanla da bağlı “Milyarderlər ittifaqı” projesini sınaqdan keçirmişdi. Lakin bizdə hadisələrin ssenarisi tam fərqli idi. İndi isə Paşinyanı erməni siyasətindən yox eləmək üçün Abramyan personası önə çıxarılıb. Rusiya Ermənistandakı keçmiş cinayətkar klan - Köçəryanla Sərkisyanın seçkidə uğur qazanacağına şübhə etdiyi üçün Abramyanı yoxlayır.

Ermənilərin bu iki qanqsterə, hərbi cinayətkara nifrət elədiyini görən Moskva anlayır ki, Köçəryan və Sərkisyanla Paşinyanı devirmək mümkün olmayacaq. Hazırda Rusiya erməniləri İttifaqının sədri, milyarder Ara Abramyan İrəvandadır. O, gələn ay keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok qurur.

AZERI DAILY

 Ara Abramyan

Abramyan bildirib ki, Ermənistanda hər hansı vəzifə tutmaq istəmir və məqsədi, sadəcə olaraq, ölkəsinə kömək etməkdir. Hazırda “Alyans” partiyası ilə seçkilərə birgə qatılmaq barədə razılaşma əldə edilib, amma digər partiyalarla da danışıqlar gedir.

Onun fikrincə, Ermənistanda sistem böhranı hökm sürür və bu vəziyyəti sözlə ifadə etməkdə acizdir. “Mən artıq 10 gündür Ermənistandayam. Burada gördüklərim bütün təsəvvürlərimi aşıb keçir. Böhran mənim təsəvvür etdiyimdən daha dərindir. Və ölkəni bu vəziyyətə istisnasız olaraq indiyədək mövcud olmuş bütün hakimiyyətlər, Ter-Petrosyandan başlamaqla, gətirib çıxarıblar”, - o deyib.

Ümumiyyətlə, Rusiya Köçəryan və Sərkisyan klanından əlini üzüb və indi Paşinyanın üstünə Abramyanı göndərir. Nüfuzlu “GALLUP”un keçirdiyi son iki sorğuda isə hərbi kapitulyasiyaya imza atmış, müharibəni uduzmuş Paşinyan yenə seçkidə rəqiblərini, bütün müxalifəti üstələyir. Ermənistanda hazırkı müxalifətin böyük hissəsinin əsas dayaq nöqtəsi Moskvadır. Kreml olmasa, onların daxildə hətta indiki durumda Paşinyanla yarışmada hər hansı perspektivi yoxdur.

Paşinyana Moskvadan milyarder rəqib gəlir - Ara Abramyan Putinlə dostdur »  Kanal21 İnformasiya Agentliyi

Kremllə birgə isə sadəcə, ehtimallar artır ki, onların hansısa uğurları ola bilər. Spesifik vəziyyət ondan ibarətdir ki, onların birgə, yoxsa ayrılıqda seçkiyə qatılmaları da özlüyündə bir problematikadır. Bir tərəfdən xalqdan səs almaq vəzifəsi var, başqa tərəfdən isə hökuməti ələ keçirəcəklərinə olan inamsızlıq onları fərdi düşünməyə vadar edir. Bəs Abramyan ona qalib gələ biləcəkmi?

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli hesab edir ki, ermənilər hiyləgər xalqdır. Abramyanın seçki şanslarını qiymətləndirən analitik “Yeni Müsavat”a qeyd etdi ki, ermənilər milyarder İvanişvilinin Gürcüstanda dövlətə yararsız kadr olduğunu görüblər: “Ona görə inanmıram ki, Abramyan xalqın səsini oğurlaya bilsin. İndi kənardan Rusiya tərəddüd etmiş görünür, amma görüntüdür, ehtiyat variantlar hazırlayır. Kreml çalışır ki, Ermənistanda ara qarışmasın. Ara qarışdıran isə yalnız köhnə cinayətkar klan ola bilər deyə Kreml onları özündən izolyasiyada saxlayır”.

Q.Hüseynli Paşinyanın son olaraq 3,4 faiz səs itirdiyini, bununla belə, yenə də rəqiblərini üstələdiyini vurğuladı: “Mənə elə gəlir ki, təbliğat kampaniyasını bir qədər də sürətli aparsa, nəticə qazanar. Tərəddüd edən 23-25 faiz seçicidir, onların yarısını tərəfinə çəksə, seçkini uda bilər. Bunun üçün zəmin də var və seçki şəffaf keçirilsə, Paşinyanın qələbəsi mümkündür”. Politoloqun sözlərinə görə, Zəngəzur məsələsində, sərhədlərin dəqiqləşdirilməsi işində Paşinyanı günahlandıra bilərlər: “Sadəcə, belələri erməni çoban siyasətçilərdir. Çünki kommunikasiyanın açılması birinci elə Ermənistana köməkdir. Bunu başa düşən adamlar Köçəryan, ”Daşnaksütyun" kimi dələduzların təbliğatına uymazlar. Sadəcə, kimlərsə süni şəkildə prosesləri qızışdırır, gərginlik yaradır, Ermənistanda keçiriləcək seçkidən sonra Paşinyan ölkəsini lazımi səmtə yönəldə biləcək".


 

Diaspora