Zərif Azərbaycana buna görə gəlir – Səfirlik

Zərif Azərbaycana buna görə gəlir –  Səfirlik backend
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfəri çərçivəsində Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüş keçirəcək.   Qaziler.az bildirir ki, bu barədə İranın Bakıdakı səfirliyindən məlumat verilib.

“İran və Azərbaycan rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Azərbaycana səfər edəcək Məhəmməd Cavad Zərif Bakıda yüksək vəzifəli şəxslərlə görüşəcək. Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları, ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır", - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, Zərif sabah Azərbaycana gələcək. O, həmçinin Ermənistana da səfər edəcək.