Ermənistanın XİN rəhbəri və bütün müavinləri istefaya hazırlaşır

Ermənistanın XİN rəhbəri və bütün müavinləri istefaya hazırlaşır backend

Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan və müavinləri istefa verməyə hazırlaşır.

Bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, buna səbəb baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın XİN-i demək olar ki, tamamilə təcrid etməsi olub. Belə ki, XİN rəhbəri və müavinləri son zamanlar Paşinyanın apardığı danışıqlardan kənarda qalıb.

Bundan əlavə nəşr bildirir ki, Nikol Paşinyan və komandası Ara Ayvazyanın istefasının qarşısını almağa çalışır. Məhz bu səbəbdən də dünən keçirilən iclas zamanı Nikol Paşinyan XİN rəhbərinin fəaliyyətini “tərif edib”.

Oxu.az