Nikol: Zəngəzuru verməsək, Bakının cavabı bu olacaq

Nikol: Zəngəzuru verməsək, Bakının cavabı bu olacaq backend

"Hökumətlər ölkə üçün dinc inkişaf dövrünü təmin etməlidir".

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə çıxışında deyib.

“Xalqımız üçün vacib olan şey dinc inkişaf erasını açmaqdır. Biz bu yolla getməliyik. Amma həm də bizdən asılı olmayan illüziyalara qapılmağa da dəyməz. Xalq bilməlidir ki, onu hara aparmaq istəyirik. Bu gün bu imkanı görürəm. Sadəcə siyasi iradə göstərmək və “sağlıqlardan” həll olunmamış qalan məsələlərin həllinə keçmək lazımdır. Bəli, biz Qarabağ məsələsinin həllinə getməliyik”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, bu gün beynəlxalq güclər qeyd edir ki, problem həll olunmayıb. Hansı prinsiplər əsasında həll olunmalıdır, bunu müzakirə etmək lazımdır:

“Azərbaycan ərazisindən keçmək istəyirik (Laçın dəhlizi nəzərdə tutulur – red.) və o, (Azərbaycan) bizim ərazidən keçməsin (Zəngəzur dəhlisi nəzərdə tutulur – red.)? Bunu necə təsəvvür edə bilirik? Başqa cür də ola bilər: onlar da keçməyəcək, biz də. Bu onu göstərəcək ki, özümüz öz ölkəmizi blokadaya almaq siyasətini aparırıq. Belə olmaz, həllə getmək lazımdır”.

Paşinyan hökumətin heç vaxt xalqa qarşı hər hansı sui-qəsd planlaşdırmadığını da qeyd edib.