Misirdəki “Vətənpərvər” Diaspor Təşkilatları Birliyi bu ölkədə yaşayan Azərbaycan icmasının üzvlərini və ölkəmizin dostlarını Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT” Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştiraka çağırıb.
Birliyin sədri, tədqiqatçı-alım Seymur Nəsirov AZƏRTAC-a bildirib ki, xaricdə yaşayan hər bir soydaşımız bu nəcib təşəbbüsdə iştirak etməkdən qürur duyur. O əlavə edib ki, həm diaspor təşkilatının üzvləri, həm də digər həmvətənlərimiz şəxsi sosial şəbəkə hesabları və bu şəbəkələrdəki qruplar vasitəsilə dünya azərbaycanlılarına çağırışları paylaşaraq hər kəsi marafonda fəal iştiraka dəvət ediblər.
Xatırladaq ki, “YAŞAT” xeyriyyə marafonu 2021-ci il mayın 25-də Bakı vaxtı ilə saat 21:00-da Azərbaycan Televiziyası vasitəsilə canlı yayımlanacaq.