Oslo şəhərində Azərbaycan–Norveç əlaqələrinə həsr olunmuş sərgi təşkil edilib

Oslo şəhərində Azərbaycan–Norveç əlaqələrinə həsr olunmuş  sərgi təşkil edilib backend

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Norveçdə fəaliyyət göstərən "CAN" təşkilatının təşəbbüsü ilə Oslo şəhərində "Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et" adlı fotosərgi təşkil edilib.

Qaziler.az bildirir ki, paytaxtın mərkəzində yerləşən məşhur Aker Brygge bulvarında təşkil edilən sərgi Azərbaycan–Norveç əlaqələrinə, Azərbaycanın Respublika gününə və dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevlə dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal arasında olan dostluq münasibətlərinə həsr edilib.

Sərginin pandemiya məhdudiyyətlərinə uyğun şəkildə gercəkləşdirilən açılış mərasimində Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman, Qazaxıstanın bu ölkədəki səfirliyinin məsləhətçisi Talgat M. Zhumqalov, Tur Heyerdal İnstitutunun baş müşaviri Beate Björge, "Reaching Out" təşkilatın sədri Neha İkram və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Fazlı Çorman sərginin təşkil olunmasını "CAN" təşkilatının yeni uğurlu təşəbbüsü adlandırıb. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsini yada salan diplomat ölkələrimiz arasında mövcud olan qardaşlıq və dostluq əlaqələri, tarixi və mədəni əsasları barədə danışıb. Norveçdə Azərbaycan və Türkiyə icmalarının, xüsusilə "CAN" təşkilatının fəallığını, həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Qeyd edək ki, sərgi 3 həftə ərzində davam edəcək.