Şoyqu Arutyunyanla yenə danışdı: Qarabağ müzakirəsi...

Şoyqu Arutyunyanla yenə danışdı:  Qarabağ müzakirəsi... backend

Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Şoyqu erməni həmkarı ilə ikitərəfli münasibətləri və Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini müzakirə edib.

Nazirlərin danışığı ilə bağlı əlavə məlumat verilməyib.