Erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı Dövlət Komitəsinin məlumatı

Erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı Dövlət Komitəsinin məlumatı backend

Azərbaycan diasporunun aktivliyi, beynəlxalq aləmdə öz sözünü cəsarətlə deməsi və xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın müdafiəsində vahid mövqedən çıxış etməsi müasir dövrün danılmaz reallığıdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumatda deyilir: "Müşahidələr göstərir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycan diasporunun göstərdiyi fəallıq, qazandığı uğurlar daimi işğalçılıq xisləti ilə yaşayan erməniləri ciddi narahat edir. 

Hər zaman olduğu kimi, son dövrlərdə də ermənilərin  davamlı olaraq Azərbaycan diaspor mərkəzlərinə, Azərbaycan evlərinə zərər vurması, sosial şəbəkələrdə təxribata cəhd etmələri müşahidə olunur. Bir neçə gün öncə, may ayının 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə (11A, Bld. Joseph II L-1840 Luxembourg) hücum olunması, qapı və pəncərələrin sındırılması, mərkəzə ciddi zərər vurulması bunun bariz nümunəsidir. Təəssüf ki, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir. Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbilə çox vaxt ictimailəşdirilmir.

Diaspormuzdan daxil olan məlumat və müraciətləri ümumiləşdirərək qeyd edirik ki, Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki,baş verənlərə hüquqi qiymət veriləcək.  

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı  baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təxribatçı hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırırıq".