Bu ölkə vasitəçi olmaq istədi: İsrail rədd etdi

Bu ölkə vasitəçi olmaq istədi:  İsrail rədd etdi backend

Misir İsrailə Fələstinə 1 illik atəşkəs müqaviləsi imzalaması üçün təklif etsə də, Təl-Əviv bunu rədd edib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

İsrailin təklifi rədd etməsindən sonra Misirin bəzi sahələrdə əməkdaşlığı dondurduğu da iddia olunur.

Təklifdə İsrailin məskunlaşma planlarını və Qəzzadakı HƏMAS liderlərini hədəf alan hücumları dayandırması yer alıb. Qarşılığında isə Qahirə fələstinlilərin atəşkəsə əməl edəcəyinə dair zəmanət verib.

Ancaq İsrail HƏMAS-ın silahlı qolunun tamamilə yox edilənə qədər atəşkəs olmayacağını bildirərək, təklifi rədd edib.

Diaspora