Qriqoryanla Patruşev arasında Qaragöl müzakirəsi

Qriqoryanla Patruşev arasında  Qaragöl müzakirəsi backend

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə erməni həmkarı Armen Qriqoryan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Qriqoryan feysbuk səhifəsində yazıb.

“Telefon danışığının əsas mövzusu Azərbaycan-Ermnənistan sərhədindəki vəziyyət oldu. Biz problemin həlli ilə bağlı mümkün variantları müzakirə etdik. Bildirdim ki, Ermənistan buna Azərbaycanın suveren ərazimizə təcavüzü kimi baxır ki, bu da bizim üçün qəbuledilməzdir və bu səbəbdən də Azərbaycan silahlı birləşmələri bu ərazilərdən çıxıb əvvəlki mövqelərinə qayıtmalıdırlar”, - Qriqoryan bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu Ermənistanla sərhədlərin bərpası prosesi çərçivəsində xəritələr əsasında Qaragöl istiqamətində ermənilərin uzun illərdir qabağa çəkdiyi sərhədi geri qaytarıb və 3 km-yə qədər irəliləyib. Ermənistan isə bundan şou düzəldir və hay-küy salmaqla zəbt etdiyi ərazini əlində saxlamağa çalışır.

Diaspora