Ərdoğan Təbbunla danışdı: Fələstinin müdafiəsi...

Ərdoğan Təbbunla danışdı:  Fələstinin müdafiəsi... backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdülməcid Təbbunla telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığı zamanı regional məsələlər, Türkiyə-Əlcəzair və İsrail-Fələstin münasibətləri müzakirə edilib. Türkiyə lideri İsrailin Əqsa və Qüds başda olmaqla, işğal altındakı Fələstinə hücumları qarşısında beynəlxalq ictimaiyyət tərəfindən sərt və çəkindirici reaksiya təmin etmək üçün səylərini bütün platformalarda davam etdirdiklərini bildirib.

Ərdoğan, həmçinin Türkiyə ilə Əlcəzair arasında hər sahədə möhkəmləndirilən işbirliyinin Fələstinin müdafiəsi istiqamətində davam etdiriləcəyinə inandığını bildirib.