"Rusiyanin başqa variantı yoxdur"

"Rusiyanin başqa variantı yoxdur" backend

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin cavabı ötən gün prezident İlham Əliyev konkret olaraq vermişdir. Çünki S.Lavrovun hansı missiya ilə gələcəyi və təkliflər paketində hansı məsələlərin olduğu bəlli idi".

Qazilər.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib.Onun sözlərinə görə,Ermənistanla konkretleşdirildiyi planı Kremldə müzakirə etdikdən sonra Bakıya səəfəridən əliboş döndüyünü qeyd etmək olar.

"Çünki, Moskvanın əsas planında ermenilərin Qarabağda statusu, Xocalı aeroportunun açılması və Azərbaycanın KTMT, Avrasiya İttifaqına qoşulması yer alır.

S.Lavrovun Bakı danışıqlarında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı və demək olar ki, heç bir razılaşma əldə olunmadı. Azərbaycanın Türkiyə ilə siyasi kordinasiyali fəaliyyəti nəticəsində Rusiya Azərbaycana təzyiq etmək siyasətinə getmir və sadəcə əməkdaşlığın elə bir növünü təklif edir ki, rəsmi Bakı Moskvadan asılı olsun. Bakı üçün strateji olaraq Moskva ilə əməkdaşlıq labüddür, amma bu Ankara və Bakı birgə kordinasiyalı fəaliyyəti nəticəsində reallaşacaq".

Politoloqun sözlərinə görə, bu danışıqlarda "İsgəndər-M" raketi, minalanmış ərazilərin xəritəsi, sülhməramli qüvvələrinin məsuliyyət zonasında separtçıların fəaliyyəti, qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması danışıqlar predmeti olub.

"Bunda əlavə, Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib. Demək olar ki, Qarabağda separatçıların tərksilah edilməsi reallaşacaq. Çünki, Qarabağda silahli erməni birləşmələri Cənubi Osetiya presidenti yaradır. Silahlı erməni birləşmələrinin ləğvi məsələsində Moskva maraqlı deyil. Amma Rusiyanin başqa variantı yoxdur".

Diaspora