Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan

Köçəryan və Sərkisyan, siz vətən xainisiz -  Paşinyan backend

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan öz şəxsi mənafeləri naminə Qarabağı satdılar.

Axar.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Robert Köçəryan və Serj Sərkisyan, siz vətən xainisiz! Biz sizin satqınlığınızla mübarizə apardıq. Siz hətta müharibə zamanı da satqınlığınızı davam etdirdiniz”, - Paşinyan bildirib.

Paşinyan Köçəryan və Sərkisyanı həmçinin ordunu müharibəyə hazırlamamaqda ittiham edib.

Diaspora