Sosial şəbəkələrin erməni seqmentində Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bunu qondarma və keçmiş “dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın nümayəndəsi Lusine Avanesyan deyib.
“Abidə yerində durur. Onun taleyini yalnız Martuni (Xocavənd - red) sakinləri həll edə bilər”, - Avanesyan bildirib.
Qeyd edək ki, bir neçə ay öncə faşist Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi ilə bağlı məlumatlar yayılmışdı.