Bu halda Əliyevin hər sözünə “hə” deyəcəyik – Ovannisyan

Bu halda Əliyevin hər sözünə “hə” deyəcəyik – Ovannisyan backend

Ermənistanda yeni səhifəni yalnız məğlubiyyət simvolunu (Paşinyanı nəzərdə tutur) ortadan qaldırmaqla açmaq olar.

Bunu Ermənistanın Alternativ Layihələr Qrupunun nümayəndəsi Vahe Ovannisyan deyib.

“Əgər Ermənistanda hakimiyyət dəyişməsə, demək ki, biz özümüzə və ölkəmizə yeni səhifə üçün şans vermirik. Bu, həmçinin Əliyevə etimad votumu ifadə etməyimiz deməkdir. Evdə qalaraq, Əliyevin bütün proqramlarına, yeni alçalmalara “hə” demiş olarıq”, – deyə o bildirib. (axar.az)