“Nə üçün ermənilərin soyqırımına uğraması barədə bəyanatların hamısı tarixi hadisələrə interpretasiyadan o yana keçmir və heç bir siyasi öhdəlik, hüquqi nəticə daşımır? Gəlin izah edək. Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya 9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A Qətnaməsi ilə qəbul olunub. 12 yanvar 1951-ci ildə qüvvəyə minib. 141 dövlət tərəfindən ratifikasiya edilib. Konvensiya yalnız 1949-cu ildən sonra baş vermiş hadisələrə şamil oluna bilər. Buna görə də yəhudilərin II dünya müharibəsi illərindəki soyqırımı Holokost adlanır, soyqırımı yox”.
Qazilər.az Bizimyol.info-ya isinadla xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.
“Soyqırımı və müharibə cinayətləri törədən şəxslərin cəzalandırılması səlahiyyətinə malik ilk daimi orqan 1998-ci ildə Haaqada yaradılıb və 2002-ci ildə işə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi. Onu Haaqa Beynəlxalq İnsan Haqları Məhkəməsi ilə qarışıq salmayaq.
BCM yaradılana qədər problemlərə baxılmaq üçün beynəlxalq tribunallar yaradılırdı. Məsələn, Ruanda və Yuqoslaviya işi üzrə (hər ikisi soyqırımı elan edildi), II dünya müharibəsindən sonra yaradılan Nyunberq Tribunalı Holokostu tanıdı.
I Dünya Müharibəsindən sonra Osmanlı İmperiyasının səlahiyyətli şəxslərinin ermənilərin kütləvi qırğını iddiası üzrə ittiham edilməsinə baxılması üçün 1919-1920-ci illərdə Maltada xüsusi tribunal quruldu. (o zaman soyqırımı ifadəsi yox idi). Məhkəmə Britaniya qanunları əsasında, ingilis hakimlərin iştirakı ilə aparıldı . Kütləvi cinayətin olması barədə sübutlar olmadı. Ayrı-ayrı şəxslərə qarşı baş vermiş ciayətə görə bir neçə orta səviyyəli məmur ittiham edildi. Onlar ermənilərin deportasiyası zamanı cinayət törətmişdilər. Başqa sözlə, Osmanlı İmperiyasının kütləvi surətdə erməni soyqırımı etməsini sübut edən heç bir fakt yoxdur, bu barədə heç bir məhkəmədə qərar verilməyib.
Sual yaranır. Ermənilər heç bir siyasi əhəmiyyəti olmayan növbəti bəyanatı əldə etmək üçün niyə bu qədər güc və vəsait sərf edirlər? Mənim cavabım yoxdur”,- deyə diplomat qeyd edib.