Onlar rus ordusu ilə birgə bizə qarşı döyüşüb - Ərdoğan

Onlar rus ordusu ilə birgə bizə qarşı döyüşüb -  Ərdoğan backend

"ABŞ Prezidenti Co Bayden haqsız, həqiqətə uyğun olmayan ifadələr işlədib. Heç bir tarixi, hüquqi əsası olmayan bu ifadələr millətimizi üzüb. Radikal erməni dairələri və Türkiyəyə qarşı olanların təzyiqi ilə mətnin hazırlandığını düşünürük".

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Anadolu əcdadımızın idarəçiliyində əsrlər boyu fərqli kök və inanclara sahib insanların rahat yaşadığı bölgə olub. Ermənilər də bu dövrlərdə dini azadlıqlarını əldə edib, sosial statuslarını gücləndiriblər. Osmanlının son dövlərində ölkədəki bir çox qüvvə qərblilər tərəfindən təhrik edilərək, silahlandırılaraq bizə qarşı çıxıblar. Şərqdə də eyni ssenari çar Rusiyasının iştirakı ilə ermənilər üzərindən oynanılıb. Birinci Dünya müharibəsinə qədər 40-a yaxın üsyan edən qruplaşmalar böyük qətliamlar törədib. Qərblilərin siyasi və maliyyə, Rusiyanın hərbi dəstəyi ilə ermənilər qadın, uşaq demədən hər kəsi öldürüblər. 150-300 min arası bu qruplaşmalar rus ordusu ilə birlikdə bizə qarşı döyüşüblər”, - Ərdoğan bildirib.