Zaxarova: Türkiyənin Ukraynaya PUA göndərməsi...

Zaxarova:  Türkiyənin Ukraynaya PUA göndərməsi... backend

"Türkiyənin Ukraynaya öz istehsalı olan PUA-ları göndərməsi bu ölkənin şərqindəki böhranın həllinə yardımçı olmur".

Qazilər.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Moskva Türkiyə hökuməti ilə danışıqlarında Kiyevin qisasçı əməllərinə rəvac verəcək addımlardan uzaq durmaq çağırışı edir”, - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, Türkiyə istədiyi halda Rusiyaya da PUA sata biləcəyini, hər hansı ölkəyə PUA satışının Kremlə qarşı olmadığını bəyan edib.

Axar.az

Diaspora