Ukrayna Baş nazirinin müavini Azərbaycana gəlir

Ukrayna Baş nazirinin müavini Azərbaycana gəlir backend

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, A. Reznikovun səfəri aprelin 13-14-də baş tutacaq.

Səfər çərçivəsində Ukrayna Baş nazirinin müavini Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

 

Onun Ağdama səfəri də planlaşdırılıb.