Zelenski ilə görüşdən sonra Ərdoğandan Krım açıqlaması

Zelenski ilə görüşdən sonra Ərdoğandan Krım açıqlaması backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski təkbətək və heyətlərarası görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Qazilər.az xəbər verir ki, Türkiyə Prezidenti deyib: "Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir".

Türkiyə rəhbəri əlavə edib ki, Ukraynanın dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməsini haqlı hesab edir.

Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın bu ölkənin vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.

Diaspora