Paşinyan Kreml sahibinə yaltaqlanaraq deyib ki...

Paşinyan Kreml sahibinə yaltaqlanaraq deyib ki... backend

"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Kreml sahibinə yaltaqlanaraq deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılarının varlığı bölgədə vacib sabitlik və təhlükəsizlik amilidir. Paşinyan onu da deyib ki, daima Rusiya prezidenti ilə təmasdadır. Rusiya “İsgəndər” raketlərini Azərbaycan ərazisinə atmaqla bölgədə necə “sabitlik” tərəfdarı olduğunu göstərib".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Nikol Paşinyan parlament seçki öncəsi özünü Rusiya təhlükəsindən sığortalamaq üçün Kreml sahibinə təklif irəli sürüb:

"Paşinyan deyib ki, rəsmi İrəvan Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşa etməsini istəyir. Kiçik və əhalisi azalan Ermənistanda atom elektrik stansiyası varkən və onu elə Rusiya idarə edərkən ikincisi nəyinə lazımdır? Paşinyan sadəcə Putinin hüzuruna müxtəlif təkliflərlə yollanıb ki, Kreml sahibinin inamını qazansın. Putini bu təkliflərlə aldatmaq mümkün deyil. Putin Paşinyandan bir gün əvvəl onun əsas rəqibi Robert Köçəryanı Moskvaya dəvət edib və onunla onlayn formatda 1 saat söhbət edib. Bu, Kreml sahibinin seçimini ortaya qoyub. Paşinyan Rusiyaya atom elektrik stansiyası tikməyi təklif edib, Köçəryan isə hakimiyyəti dövründə əsas fabrik və zavodları Rusiyaya peşkəş etmişdi".

Diaspora