“Paşinyan Kremldəki danışıqlarda özünü müftəxor kimi aparır” - İqor Korotçenko

“Paşinyan Kremldəki danışıqlarda özünü müftəxor kimi aparır” -  İqor Korotçenko backend

“Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Ondan soruşmaq istərdim: “İşləməyə çalışmısınız?”

 

Qazilər.az xəbər verir ki, bu sözləri hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.

Ekspert ermənilərin işləmək istəklərinin olmamasından narazılığını dilə gətirib: “Boş-bekarlar kütləsi İrəvanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyini təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?”

Diaspora