Zelenski müharibə ərəfəsi Türkiyəyə gedir - Ankaranın çətin seçimi

Zelenski müharibə ərəfəsi Türkiyəyə gedir -  Ankaranın çətin seçimi backend

Ankaranın budəfəki seçimi Rusiya ilə münasibətləri ciddi riskə soxa bilərmi?

Aprelin 10-da Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfərə gedir. Hazırda Ukrayna ilə Rusiyanın müharibə vəziyyətində olduğunu demək olar.

Bu səfər barədə xəbərlər xüsusi diqqət çəkir ki, bu da təsadüfi deyil.  Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verir, Krımı Ukrayna ərazisi kimi tanıyır və bu ölkə ilə sıx hərbi-texniki əməkdaşlıq qurub.

Bəlli olduğu kimi, Ukrayna Türkiyədən “Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin iri partiyasını alıb, habelə bu təyyarələrin birgə istehsalı barədə razılıq əldə olunub. Amma Ankaranın bu dəfə seçimi Rusiya ilə münasibətləri ciddi riskə soxa bilər. Qarabağ məsələsində Türkiyənin mövqeyi ilə Ukraynanın indi yanında olmaq fərqlidir. Ankara Krımı Ukraynanın ərazisi kimi tanıyır, Kreml bu məsələdə diplomatik mövqe sərgiləyir, münasibətlərin zədələnməsini istəmir. Amma Türkiyə həm də hazırda mümkün müharibədə Ukraynanı birmənalı dəstəkləyən NATO üzvüdür və mümkün müharibədə bu baxımdan da mövqe ortaya qoymalıdır. Ankaranın Rusiya ilə münasibətləri Ukrayna gərginliyi fonunda necə olacaq?

Gürcüstan da “Bayraktar” sifarişi verdi

Heç şübhəsiz ki, münasibətlərin zədələnməsinin Azərbaycana da birbaşa təsirləri olacaq və bu, Bakının maraqlarına ziddir.

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yaranan suallar barədə “Yeni Müsavat”a bunları dedi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə isti münasibətlərinə və iki ölkə arasındakı ortaq layihələrə baxmayaraq, Ankara Ukrayna ilə də əlaqələrini genişlədirir, üstəlik, bu ölkəyə hərbi texnika satır. Ukrayna ordusu artıq Türkiyədən aldığı ”Bayraqdar" pilotsuz uçuş aparatlarından separatçılara qarşı istifadə etməyə başlayıb. Əlbəttə, bu hal Kremlin xoşuna gəlmir. Buna baxmayaraq, Türkiyənin xarici və təhlükəsizlik siyasəti çoxşaxəlidir və təhlükəsizlik maraqlarına əsaslanır. Türkiyə üçün isə ərazi bütövlüyü prinsipi əsasdır. Ankara Krımı birmənalı olaraq Ukrayna ərazisi sayır. Bu baxımdan Ankara Kiyevlə münasibətlərində Moskvaya boylanmır və “Kreml Türkiyə-Ukrayna münasibətlərini necə qiymətləndirər” sualı üzərində baş sındırmır.

Vladimir Zelenskinin Ukraynanın indiki ağır vəziyyətində Türkiyəyə rəsmi səfəri diqqəti çəkir. Zelenski daha əvvəl də Türkiyəyə səfər etmişdi. Demək, Ukrayna prezidentinin yenidən türkiyəli həmkarı ilə  məsləhətləşmələrə ehtiyacı var. Zelenski Ukrayna-Rusiya müharibəsi başlayacağı halda, Ankaranın hansı mövqedən çıxış edəcəyini özü üçün müəyyənləşdirmək istəyir. Bundan başqa, Ukrayna Türkiyədən hərbi texnika da almaq istəyir. Ukrayna Türkiyə ilə birgə hərbi texnikanın istehsalına da maraq göstərir. Türkiyə-Ukrayna münasibətlərinin genişlənməsi Azərbaycan üçün də faydalıdır. Bakı da Ankara kimi hansısa ölkə ilə əlaqələrini genişləndirəndə “Moskva buna nə deyər” sualı üzərində baş sındırmamalıdır. Ukrayna müharibə günlərində birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Növbə Azərbaycanındır. Bakı da Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməlidir".

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli 

Politoloq Əhəd Məmmədli isə mövzu ətrafında belə  düşünür: “Türkiyə Rusiya ilə tərəfdaşdır. Buna rəğmən Şərqi Avropa, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrikada bu iki derjavanın  mövqeləri demək olar ki, diametral dərəcədə fərqlidir. Türkiyə və Rusiya arasında beynəlxalq münasibətlərdə yanaşmaların müxtəlifliyinə rəğmən Ərdoğan və Putinin dühalığı, müdrikliyi Ankara ilə Moskvanın əməkdaşlığına geniş imkanlar yaradır. Burada həm də Qərbin eyni anda Ankara və Moskvanın üstünə getməyini də unutmamalıyıq. Bu səbəb olaraq Ankara ilə Moskvanı bir-birinin qucağına itələyir. Türkiyə Ukraynanın yanındadır, lakin Rusiya ilə də münasibətləri qoruyur. Donbasda müharibə alovlansa, Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşə bilər. Donbasda müharibənin alovlanacağı təqdirdə belə düşünürəm ki, Türkiyə ilə Rusiya arasında münasibətlər pozulmayacaq. Çünki Qərblə qarşıdurma olacağı təqdirdə Rusiyanın Türkiyəni də qarşısına alması Moskvanın maraqlarına cavab vermir. Türkiyə-Rusiya əməkdaşlığı masasına çox şey qoyulub və ona görə heç biri münasibətləri riskə atmaz. Azərbaycana gəldikdə isə Türkiyə-Rusiya dostluğu bizim xeyrimizədir. Məhz bu dostluğun nəticəsində Azərbaycan 80% ərazilərini işğaldan azad edə bildi. Amma Donbasda uzunmüddətli vəziyyətin gərginləşməsi, müharibənin daha geniş miqyasda alovlanması Bakının maraqlarına cavab verir. Bu olan halda Moskvanın başı qarışacaq, Qərbin basqısı altında qalacaq. Bu isə Bakıya Xankəndi və ətrafında antiterror əməliyyatı aparmağa şərait yaradacaq”. “Yeni Müsavat”

Diaspora