Qəsbkar Ermənistan parlamentinin “sosial məsələlər və səhiyyə” daimi komissiyasının sədri, “Mənim addımım” fraksiyasının deputatı Narek Zeynalyan hər şeyin mümkün olduğuna inansa da, koronavirus infeksiyası hallarının artması səbəbindən erkən seçkilərin ləğvi ehtimalını proqnozlaşdırmaqdan çəkinir.
Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda “İravunk” qəzeti yazır.
“Hazırda belə bir qorxu yoxdur, planlaşdırılan qrafikə uyğun gedirik. Bu cür vəziyyət yaranarsa, seçki kampaniyasını dayandırmağa ehtiyac olacaq və bəlkə də bu addımı atacağıq. Yoluxma ilə bağlı rəqəmlər böyüməyə başlayarsa, mövcud vəziyyətlə əlaqədar bir qərar veriləcək ”- deyə erməni deputat bildirib.