Bayramovun Lavrovla görüşünün detalları açıqlandı backend

Bayramovun Lavrovla görüşünün detalları açıqlandı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycandan və Ermənistandan həmkarları ilə ayrı-ayrı görüşlər keçirəcək.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, görüşlər zamanı ikitərəfli münasibətlərin, Dağlıq Qarabağdakı vəziyyətin, 2020-ci ilin noyabrında və 2021-ci iliin yanvarında əldə edilmiş razılaşmaların icrasının, eləcə də regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.