Ermənistanın Baş Qərargah rəisi  Rüstəm Muradovla görüşüb backend

Ermənistanın Baş Qərargah rəisi Rüstəm Muradovla görüşüb

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı hərbçilərin komandanı, general-leytenant Rüstəm Muradov Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyanla Yerevanda görüşüb.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Qarabağdakı vəziyyət müzakirə olunub.

Qeyd edək ki, generalların görüşündə Rusiya Federasiyasının dövlət bayrağı tərsinə asılıb.