Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranı qəbul edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, Macarıstanla əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edən nazir mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib.Görüşdə bu ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Səfir J. Çutora Azərbaycan-Macarıstan mədəni əlaqələrinin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.