Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, nazirliyin tvitter səhifəsində yerləşdirilən paylaşımda bildirilib:
“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni quldurları tərəfindən soyqırımına məruz qalan Azərbaycan türkü qardaşlarımızı rəhmətlə yad edir, Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük”.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
