Peskov Rusiyanın dostlarının adlarını çəkdi: “O, sadiq deyil, amma Bakı...”

Peskov Rusiyanın dostlarının adlarını çəkdi:  “O, sadiq deyil, amma Bakı...” backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın dostlarını sadalayıb.

Qazilər.az teleqraf.com-a istinadla xəbər verir ki, o, Rusiyanın MDB məkanındakı əksər ölkələrlə isti münasibətlərinin olduğunu bildirib.

“Gürcüstan, Ukrayna və Baltikyanı ölkələr xaricində, bütün keçmiş Sovet İttifaqının üzvləri bizim dostumuzdur. MDB respublikaları ilə əla əlaqələrimiz, Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri ilə dərin inteqrasiyamız var”, - Kremlin sözçüsü qeyd edib.

Peskov Rusiya və Belarusun Birlik Dövləti olduğuna da diqqət çəkib.

Peskov əlavə edib ki, Moldovanın yeni Prezidenti Maya Sandu Rusiya-Moldova münasibətlərini inkişaf etdirmək ideyalarına daha az sadiqdir, lakin əlaqələr hələ də davam edir: “Ümumiyyətlə, Moldova ilə münasibətlər çox yaxındır”.

O, Moskvanın Bakı ilə etibarlı əlaqələrinin olduğunu da bildirib.

Diaspora