Bakı və Ankaraya qarşı “alman cəbhəsi” backend

Bakı və Ankaraya qarşı “alman cəbhəsi”

Avropanın nüfuzlu dövlətlərindən olan Almaniyada son vaxtlar özünü qabarıq şəkildə göstərən anti-Azərbaycan təbliğatı, ölkəmizə qarşı qərəzli münasibət ciddi təəssüf və məyusluq doğurmaya bilməz.

Təkcə yazılı və elektron mediada deyil, az qala, hakimiyyət orqanları səviyyəsində aparılan bu kampaniya ən əvvəl zaman göstəricisi baxımdan diqqət çəkir.

Doğrudur, işğalçı Ermənistana qarşı 44 günlük Vətən müharibəsi dövründə Almaniya gözlədiyimiz ədalətli yanaşma sərgiləməsə də, Fransa qədər açıq-aşkar ermənipərəst mövqe də tutmadı. Almaniya Bundestaqı (parlament) Fransa parlamenti kimi qondarma rejimin “müstəqilliyini” tanıyan absurd qətnamə də qəbul eləmədi. Lakin hələ müharibə gedə-gedə özünü müəmmalı aparmağa başladı, az sonra halal hərbi qələbəmizə kölgə salmaq üçün rəsmi səviyyədə əlindən gələni elədi. Bu barədə ötən yazılarda yazmışıq.

Dalğalanan bayrağımız - Heydər Əliyev Mərkəzlərinin İnformasiya Portalı

Ancaq artıq Fransa susub, Almaniyanın isə sanki “ikinci nəfəsi” açılıb, “estafeti” bütünlüklə Parisdən alaraq ölkəmizə haqq eləmədiyimiz pislikləri edir. Görəsən niyə? Nədən Azərbaycan olaraq Avropanın aparıcı dövlətlərindın olan Böyük Britaniyanın deyil, məhz Fransanın, indi isə Almaniyanın hədəfinə gəlmişik?

Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinə baxacaq

Bəzi ehtimallara görə, Böyük Britaniya Avropa Birliyini tərk etdikdən sonra qurumda söz sahibliyi Fransa-Almaniya cütlüyünə keçdiyi üçün bu iki dövlət bir növ vaxtaşırı hansısa formada siyasi güc nümayişinə ehtiyac duyur.

Britaniya “Brexit” ə görə kompensasiya

Bu yerdə xatırladaq ki, İngiltərə 2-ci Qarabağ savaşında ölkəmizə qarşı çox normal, ədalətli mövqe sərgiləyib və müharibənin gedişində BMT TŞ-də Azərbaycan əleyhinə hazırlanan sənəd layihəsini əngəlləyən əsas dövlətlərdən biri olub. Və bu davranış yalnızca neft (enerji) maraqları ilə (BP) əlaqəli deyil. Eyni zamanda, rəsmi Londonun Bakı və Ankara ilə Güney Qafqazla bağlı üst-üstə düşən maraqları, İngiltərənin destruktiv yox, qurucu siyasəti ilə ilgilidir. Hansı ki, Rusiyanın regiondakı uzaqgedən maraqlarına, yumşaq desək, uyğun gəlmir. Təsadüfi deyil ki, Almaniyada anti-Azərbaycan kampaniyası anti-Türkiyə isteriyası ilə paralel gedir.

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri uca zirvələri fəth  edib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

London-Moskva münasibətləri isə kifayət qədır sərindir. Az öncə Böyük Britaniya hökuməti açıqladığı hesabatda hətta Rusiyanı özünə əsas təhlükə saydığını bəyan eləmişdi. Almaniya isə tam əksinə, AB və NATO üzvü olsa da, Rusiya ilə çox isti münasibələrdədir. Burada sözsüz ki, qaz (enerji) amili az rol oynamır. Məlumdur ki, Berlin Rusiya qazının Ukraynadan yan keçməklə Avropa bazarına çatdıracaq “Şimali axını-2” kəmərinin əsas qarantorudur. Hansı qaz kəməri ki, Avropanın Rusiyadan enerji asılılığını daha da artıracaq.

 

Məhz bu səbəbə ABŞ başda olmaqla, bir çox Qərb dövlətləri Ukraynaya, Gürcüstana və Moldovaya qarşı işğalçılıq siyasəti yürüdən Moskvanın Avropada əlini güclədirəcək və inşası xeyli irəliləmiş “Şimali axını-2” kimi meqa-layihəni əngəlləməyə çalışır. Almaniya isə bütün Avropanın əleyhinə olan bir layihəyə dəstək verir. Başqa sözlə, Kremlin qitəyə təbii qaz vasitəsilə siyasi təzyiq rıçaqının nəinki qalmasına, üstəlik güclənməsinə səy edir.

Almaniyada ölkəmiz əleyhinə basqıların və təbliğat kampaniyasının Azərbaycan təbii qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin (CQD) son seqmenti kimi TAP-ın işə düşməsindən dərhal sonra şiddətlənməsi bu xüsusda məxsusi diqqət çəkir. Müharibə bitəndən az sonra isə Bakı Aşqabadla Xəzərdəki mübahisəli neft-qaz yatağı ilə bağlı tarixi memorandum imzaladı və bu da imkan verəcək ki, gələcəkdə türkmən qazı da CQD ilə Avropaya nəql edilsin, Avropanın enerji təhlükəsizliyində ölkəmizin önəmi daha da artsın.

Bu da gerçəkdir ki, hər dəfə Bakıda mavi yanacaqla bağlı ABŞ-ın da dəstək verdiyi vacib regional və qlobal qərarlar qəbul ediləndə Almaniyada anti-Azərbaycan təbliğatı güclənib. Halbuki Azərbaycanın Avropa bazarında hansı ölkəyə rəqib olduğu bəllidir. Bundan əlavə, “Qazprom”un Almaniyada güclü təsirə malik olması sirr deyil. Yəni söhbət Almaniyada xeyli dərəcədə Rusiya maraqlarının qorunmasından gedir və əks-təbliğatın arxasında “Rus qulaqları”nı görməmək mümkünsüzdür.

Almaniya Federativ Respublikası - Ens.az - 4 dildə xəbərlər və  ensiklopediya, ən son xəbərlər, en son xeberler

Təkcə bu da deyil.

Məsələ ondadır ki, Almaniyada Rusiya agenturası ənənəvi olaraq, güclü olub. İndi də fəaldır. Alman rəsmiyyəti bunu boynuna almasa da. O da faktdır ki, bir sıra alman siyasətçiləri Moskvanın siyasi təsiri altındadır. Məsələn, keçmiş kansler Gerhard Şroderdən tutmuş, bəzi digər sabiq və indiki alman siyasətçilərin Rusiyaya bağlı olması, Rusiya siyasi xadimləri ilə dostluq əlaqələri saxlaması, onlardan hədiyyələr qəbul etməsi barədə mediada çoxsaylı materiallar gedib. Həmin şəxslərin Qərbin sərt sanksiyaları altında olan Moskvanın çağdaş Avropa siyasətinin lobbistləri və “ötürücüləri” qismində açıq şəkildə çıxış eləməsi bu mənada təsadüfi sayıla bilməz.

Eyni lobbiçilik Almaniyanın icraedici və qanunverici orqanları səviyyəsində özünü göstərməkdədir. Nəhayət, Almaniyanın xarici siyasətindən də bu təsirlər yan keçməyib. Misal olaraq, 2008-də NATO-nun Buxarest sammitində rəsmi Berlinin sərgilədiyi davranışı göstərmək olar. O vaxt məhz Almaniya AB “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan Gürcüstan və Moldovanın təşkilata üzvlük məsələsinin qaldırılmasına imkan verməmişdi. Ancaq elə həmin il – avqustun 5-də Rusiya Gürcüstana hücum edərək, onun iki bölgəsini – Abxaziya və Cənubi Osetiyanı işğal elədi. Ardınca bu qondarma qurumların “müstəqillikləri”ni tanıyaraq, orada yerləşdirdiyi böyük həcmdə hərbi qruplaşmaya legitimlik donu geydirməyə çalışdı.

Rusiya-Gürcüstan danışıqları uğursuz olub » Kaspi.azAzərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Nəhayət, belə bir fakt: bir neçə il qabaq Almaniya Federal Konstitusiyanı Qoruma İdarəsi (Almaniya Federativ Respublikasının əks-kəşfiyyatı) öz hesabatında Rusiyanı bu dövlətə məxsus media orqanları – “RT Deutsch” və “Sputnik” vasitəsi ilə alman ictimai rəyinə gizli təsir göstərməyə çalışmaqda günahlandırmışdı. Həmin media quruluşlarına isə anti-Azərbaycan və anti-Türkiyə təbliğatında yaxa cıranlardan olan erməni, Kremlə yaxınlığı şübhə doğurmayan Marqarita Simonyan rəhbərlik edir.

Məkrli dairə qapandımı?.. (Musavat.com)