Ayvazyan Azərbaycanla keçiriləcək görüş haqda: hələ planlaşdırılmayıb backend

Ayvazyan Azərbaycanla keçiriləcək görüş haqda: hələ planlaşdırılmayıb

Moskvada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

TASS xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ara Ayvazyan bu gün parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.

“Aprelin 1-də MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşürəm. Bu ana üçtərəfli və ya ikitərəfli (Azərbaycan XİN başçısı ilə) görüşün keçirilməsi nəzərdə tutulmayıb. Təbii ki, iclasda müxtəlif tərəfdaşlarla görüşlər olacaq”, - o deyib.